Cəsur döyüşçülərimizin mənfur düşmənin üzərinə qartal kimi şığıması, İlahi nemət olan şəhadəti
özlə ri nə amal bilməsi doğma vətənimizə sevginin nümunəsi olmaqla yanaşı, bu sevgini doğuran və yaşadan imanın da təzahürü idi. Necə ki, Allah Rəsulunun (s) kəlamlarının birində – “Vətəni sevmək imandandır” – deyə buyu rulmuşdur. Vətən, torpaq, xalq yolunda can dan keçmək isə Uca Allaha olan xalis imandan irəli gəlir. Bu mənada, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Ağasəid Yaqubov qələmə aldığı “Allahın bəxş etdiyi zəfər” adlı kiçik əsərin də xalqımızın İkinci Vətən müharibəsi kimi böyük savaşından bəhs etmiş, bu haqq savaşda qazandığımız qələbəni İlahi dərgahla bağlayan məqamlara aydınlıq gətirməyə çalışmışdır. Hesab edirik ki, əsər yaşından asılı olmayaraq hər bir oxucu üçün sevimli kitabçaya çevriləcəkdir.