• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Allahşükür Paşazadə həzrətləri Fövqəladə və Səlahiyyətli səfiri Əhməd Metanini qəbul edib

  •  2025-08-25 00:00:00
  •  2025-08-25
Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də Fələstin dövlətinin ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Əhməd Metanini qəbul edib.
Səfiri səmimi salamalayan QMİ sədri A. Paşazadə xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulayaraq. Şeyxülislamlığı dövründə hər zaman Fələstin ilə əlaqələrinin olduğunu qeyd etdi. Fələstin xalqının mərhum lideri Yasir Ərəfatla İslam Əməkdaşlığı Təşkilatı müstəvisində görüşlərini xatırlayan Şeyxülislam A. Paşazadə, Azərbaycan dövlətinin Fələstinlə bağlı beynəlxalq tədbirlərdə fəal iştirakını, habelə ölkəmizdə təşkil olunmuş dəstək konfransından danışdı. Bildirdi ki, Azərbaycan hər zaman, bütün beynəlxalq müstəvilərdə Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini dəstəklədiyini, ölkəmizin Fələstinə humanitar yardımını xatırladan Şeyxülislam A. Paşazadə hal-hazırda Qəzzada baş verənlərdən, humanitar böhrandan  məyus olduğunu, problemin sülh yolu ilə həlli üçün dualar etdiyini bildirdi. 
Şeyxülislam A. Paşazadə yeni səfirə qarşıdakı fəaliyyətində uğurlar dilədi, ölkəmizdə fəaliyyəti dövründə xalqlarımız arasında münasibətlərin, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. 
Səfir Ə. Metani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra ilk olaraq Şeyxülislam A.Paşazadə ilə görüşü arzuladığını ifadə etdi və Fələstin Müftisi Məhəmməd Hüseynin salamlarını Azərbaycanın dini liderinə çatdırdı. Səfirliyi müddətində Azərbaycan və Fələstin dini rəhbərlərinin görüşünü təşkil etməkdən böyük məmnuniyyət duyacağını bildirdi. 
Daha sonra Fələstinli səfir Qəzzada baş verənlər barədə fikirlərini bölüşdü. Azərbaycanın gələn il evsahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünə toxunan səfir Fələstinin də bu toplantıda Fələstinə dair əhəmiyyətli qərarların veriləcəyinə ümidvarlığını ifadə etdi. 
 
QMİ-nin Mətbuat Xidməti

Son xəbərlər

2025-09-16 00:00:00

Qazaxıstanda qardaşlıq görüşü...

2025-09-16 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyala...

2025-09-16 00:00:00

Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin i...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024