• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Qazaxıstanda qardaşlıq görüşü

  •  2025-09-16 00:00:00
  •  2025-09-16

Qazaxıstanın paytaxtı Astanada "Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayı"nın Katibliyinin 23-cü iclası çərçivəsində Qazaxıstan Senatının sədri Maulen Aşımbayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
M.Aşımbayev, ilk növbədə, Azərbaycanla Ermənistan arasında Vəşinqtonda imzalanan bəyanat münasibətilə təbrik edib və bunu Azərbaycan dövlətinin tarixi uğuru və nailiyyəti adlandırıb.
Görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə səmimi qəbula görə minnətdarlığını bildirərək qardaş Qazaxıstana hər zaman böyük məmnuniyyətlə gəldiyini və Qazax xalqına dərin hörmət bəsləndiyini vurğulayıb.
QMİ sədri qeyd edib ki, vaxtilə ulu öndər Heydər Əliyevin dövründə müstəqillik illərində Azərbaycanla Qazaxıstan arasında əsası qoyulmuş münasibətlər bu gün İlham Əliyev və Qasım-Jomart Tokayev tərəfindən qardaşlıq münasibətləri əsasında uğurla davam etdirilir.
Şeyxülislam Allahşükür Paşazadə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında - Fuzulidə Qazaxıstanın hədiyyəsi olan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd edərək, bu addımı Qazax xalqının Azərbaycana qardaş hədiyyəsi kimi dəyərləndirərək dərin minnətdarlığını ifadə edib.
QMİ sədri Qazaxıstan dövlətinin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki zəngin təcrübəsini yüksək qiymətləndirərək Astana qurultaylarının bəşəri əhəmiyyətini xüsusi vurğulayıb.
"Azərbaycan Qazaxıstanın dinlərarası dialoq sahəsindəki təşəbbüslərinə hər zaman dəstək verib və Astana qurultaylarında mütəmadi iştirak edir" - deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.
O, eyni zamanda Azərbaycanda keçirilən dinlərarası dialoq tədbirlərində Qazaxıstanın yüksək səviyyədə iştirakının vacib olduğunu vurğulayıb.
QMİ sədri qeyd edib ki, Azərbaycanın qazandığı nailiyyətlərdə qardaş türk dövlətlərinin, xüsusilə qardaş Qazaxıstanın da öz töhvəsi vardır.
Görüş zamanı Qazaxıstan Senatının sədri Maulen Aşımbayev "Dünya və Ənənəvi Dinlərin Liderləri 8-ci Qurultayı" haqqında ətraflı məlumat verərək keçiriləcək panel iclaslar və Gənclər Forumu barədə təfərrüatlı məlumat təqdim edib.
Tərəflər dinlərarası dialoq və sivilizasiyalar arası əməkdaşlıq müstəvisində dövlətlər arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından məmnunluq ifadə olunub və gələcək əməkdaşlığa dair planlar müzakirə edilib.
Hər iki tərəf dinlərarası dialoq və regional əməkdaşlıq sahəsində fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ağalar Atamoğlanov və Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.

Son xəbərlər

2025-09-16 00:00:00

Qazaxıstanda qardaşlıq görüşü...

2025-09-16 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyala...

2025-09-16 00:00:00

Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin i...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024