Dekabrın 9-da Qafqaz Müsəlmanları İdarəsinin Şəki İslam Kollecində XII ənənəvi hafizlik mərasimi keçirilib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Gəncliyə Yardım Fondunun, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, 44 günlük Vətən savaşında şəhid olan hafiz Elgün Quliyevin valideynləri tədbirdə iştirak edib.
Qurani-Kərim tilavəti olunduqdan sonra ilahilər oxunub, hafizlərin Quran qiraətləri ilə dinlənilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev mərasim iştirakçılarına Qafqaz Müsəlmankarı İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin salam-dualarını çatdırıb, hafizlərə uğurlar diləyib, ənənəvi məzun tədbirinin davamlı olmasını arzulayıb. Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Şəki şöbəsinin nümayəndəsi Saleh Məmmədov, Şəki Şəhər İcra Hakimiyyəti nümayəndəsi Sadiq Yusifov, Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfi İdarə Heyətinin sədr müavini Abdullah Sert, Aziz Mahmud Hüdayi Vəqfi İdarə Heyətinin üzvü Abdurrahman Topbaş, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Şəki İslam Kollecinin direktoru Abdurrahman Nuri çıxış edərək hafizlərə, dinləyicilərə öz tövsiyyələrini, xeyir-dualarını veriblər. Bu il məzun oklana 17 hafizin valideynləri adından hafiz Kəramət Muradovun atası Gəray Muradov çıxış edərək təşəkkürlərini çatdırıb.
Mərasimin sonunda Hafiz məzunlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “hafizlik diplomu” və dəyərli hədiyyələr təqdim olunub, ehsan verilib.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


