• Bizi izləyin:
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

Şeyxülislam Allahşükür Paşazadə 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib

  •  2025-05-08 00:00:00
  •  2025-05-08
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə Türkiyə Cümhuriyyətində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 8-də 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib. 
Dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak etdiyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq olaraq çıxış edib. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin mənəvi dəyərlərimizi, milli kimliyimizi, tarixi nailiyyətlərimizi özündə ehtiva edən, sosial-iqtisadi münasibətlərdə türk dünyasının maraqlarını təmsil edən, dünya miqyasında geniş ictimai və mədəni fəaliyyətini yüksək dəyərləndirən QMİ sədri A.Paşazadə Vəqfin 40 il ərzində həyata keçirdiyi humanitar layihələrə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyük rəğbət bəsləndiyini vurğulayıb, Vəqfin rəhbəri  Akkan Suveri Azərbaycanın sadiq dostu adlandırıb. Bildirib ki, görüşlərimizin əsas məqsədi – dünyada baş verən qlobal fəlakətlərə və ictimai təhlükələrə qarşı birgə mövqeyimizi və həmrəyliyimizi nümayiş etdirməkdir: “ Bu gün müasir dünyada meydana gəlmiş yeni təhlükəli meyllər, əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış dini-mədəni dəyərlərin təhrif və təhqir olunması, təəssüf ki, davam etməkdədir və bu da hər birimizin ümdə arzusu olan sülhün, barışın yaradılmasına ən böyük zərbəni vurmaqdadır. Biz dünyanın sabitliyinə təhlükə törədən bütün münaqişələrin, o cümlədən, Ukrayna, Yaxın Şərq, özəlliklə Qəzzada, Fələstində, habelə Afrikada müharibələrin tezliklə dayandırılmasının, ümumbəşəri mənafelər naminə sülh yolu ilə, beynəlxalq hüquq müstəvisində ədalətli həllinin tərəfdarıyıq”.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40-cı ildönümü ərəfəsində keçirilən toplantıda QMİ sədri A. Paşazadəyə qurumun ildönümü münasibətilə xatirə mükafatı təqdim olunub.
Tədbir çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra tanınmiş dövlət, din və ictimai xadimlərlə səmimi görüşlər keçirib. 
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

 

 

Son xəbərlər

2025-05-27 00:00:00

Şeyxülislam: Azərbaycanın multikultural dəyərlər və dini dözümlülük mo...

2025-05-27 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları il...

2025-05-22 00:00:00

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclası keçirilib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024