• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyalar Alyansının Dini məkanların qorunması üzrə birgə xüsusi sessiyasında çıxış edib

  •  2025-09-16 00:00:00
  •  2025-09-16
ASTANA – BMT SIVILIZASIYALAR ALYANSI
 
 
Uca Yaradanın Adı ilə!
Qazaxıstan Respublikası Parlamenti Senatının sədri, 
Dünya və ənənəvi dinlərin liderləri Qurultayı Katibliyinin rəhbəri 
Zati-aliləri cənab Maulen Aşimbayev cənabları!
 
BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi  Zati-aliləri möhtərəm 
Migel Anxel Moratinos cənabları!
 
Dəyərli tədbir iştirakçıları!
 
Bəşəriyyət naminə dialoqunun nailiyyətləri ilə bizi ruhlandıran Sivilizasiyalar Alyansının və mötəbər Astana qurultaylarının iki onillikdən artıq dəyərli fəaliyyətlərinin hər birimiz şahidiyik. Birgə əməkdaşlıqda ərsəyə gələn bugünkü xüsusi iclasda hamınızı ürəkdən salamlayır, tədbirin işinə Uca Yaradanımızdan rəvac diləyirəm. 
              Bugünkü iclasın keçirilməsi ideyasını ürəkdən dəstəkləyir, onun fövqəladə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq istəyirəm. Ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırki dövrdə sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq, multikulturalizm ideyaları özəl əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təbirincə desək, sivilizasiyalar və mədəniyyətlərarası dialoq dünyada ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirə layiqdir ki, BMT-nin Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daima diqqətdə saxlayır. Sivilizasiyalar Alyansının Ali nümayəndəsi cənab Moratinosun dəyərli səylərini xüsusi qeyd edərək, ona bəşər naminə bu nəcib fəaliyyətlərində Uca Yaradanımızdan xeyir-dualar diləyirəm.
 
        Möhtərəm tədbir iştirakçıları! Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, din adından siyasi məqsədlər üçün sui-istifadə olunur. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm və ksenofobiya təzahürlərini, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının, mədəni irs nümunələri və abidələrinə qarşı terror və vandalizm hallarını qətiyyətlə pisləyirik. Dünyanın bütün qaynar nöqtələrində, xüsusən, Yaxın Şərqdə, Qəzzada günahsız insan qırğınına səbəb olan qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsıq miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. 
 
      Bugünkü xüsusi iclasın məqsədi dini məkanların qorunması sahəsində ən yaxşı milli və beynəlxalq təcrübələrin bölüşülməsi, VIII Astana Qurultayında real tövsiyələrin təqdim olunması kimi mühüm mərama xidmət edir. Məlumunuz olduğu kimi, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyimizi məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdi. Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir. Kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq. 
 
      Hörmətli tədbir iştirakçıları! Qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı ümumbəşəri mənəvi dəyərlərə istinad zəruridir. Biz bu barədə ötən il BMT Sivilizasiyalar Alyansının Kaşkayş yubiley forumunda da ətraflı müzakirə aparmışıq. Zəngin və dəyərli təcrübələri ilə effektiv dialoq və əməkdaşlıq müstəviləri kimi formalaşmış Sivilizasiyalar Alyansı və Astana Qurultayının bugünkü birgə xüsusi iclasını olduqca vacib addım kimi dəyərləndirir, bir daha Zati-aliləri cənab Maulen Aşimbayev cənablarına və Zati-aliləri möhtərəm Migel Anxel Moratinos cənablarına bu mühüm təşəbbüslərinə görə dərin minnətdarlığımı ifadə edirəm. Tədbirin işinə uğurlar arzulayır, bəşəri mənafelər naminə səylərimizə Ulu Rəbbimizdən rəvac diləyirəm. Uca Yaradan Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!

Son xəbərlər

2025-09-16 00:00:00

Qazaxıstanda qardaşlıq görüşü...

2025-09-16 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyala...

2025-09-16 00:00:00

Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin i...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024