• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə İraqlı diplomatı qəbul edib

  •  2025-12-19 00:00:00
  •  2025-12-19

 

Dekabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İraqın Azərbaycandakı Müvəqqəti İşlər vəkili Əli Xəlil Mustafanı qəbul edib.
Azərbaycan və İraq arasında siyasi və tarixi dini-mənəvi əlaqələrin inkişafının vacibliyinə toxunan Şeyxülislam A. Paşazadə İraqa səfərlərini xatırladı, bu torpaqlarda yerləşən müqəddəs məkanları ziyarətin, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını ziyarətin hər bir azərbaycanlı üçün kəsb etdiyi böyük mənəvi dəyəri vurğulayıb, İraqda əsrlərlə yaşayan azərbaycanlıların sıralarında tanınmış din alimlərinin olduğunu fəxrlə qeyd edib. Qeyd edib ki, ölkələrimiz, xalqlarımız arasında tarixi, ənənəvi mədəni-mənəvi, doğma münasibətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Şeyxülislam A. Paşazadə bu yaxınlarda Ər-Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının XI Global Forumunda iştirakı, keçirdiyi görüşlərdən bəhs edib, İraqda nüfuzlu din alimləri, tanınmış üləmalarla görüşməyin önəmli olduğunu ifadə edib. 
İraqlı diplomat, öz növbəsində, Qafqaz müsəlmanlarının möhtərəm din xadimi olan Şeyxülislam A. Paşazadənin Azərbaycan-İraq dini-mənəvi əlaqələrinin dərinləşməsi istiqamətində fəaliyyətini minnətdarlıqla vurğulayıb. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən, Azərbaycan xalqının uğurlarından, ölkələrimiz arasında  münasibətlərin yüksək səviyyəsindən  qürur duyduğunu ifadə edib. Şeyxülislamın İraqa səfərlərinin böyük önəm daşıdığını qeyd edən iraqlı diplomat yaxın gələcəkdə Azərbaycanın dini liderinin qardaş ölkəni ziyarət edəcəyindən məmnun olacağını diqqətə çatdırıb. 
Şeyxülislam A. Paşazadə İraqla Azərbaycan arasında əlaqələrin, xalqlarımız, dövlətlərimiz arasında mövcud körpülərin daha da möhkəmləndirilməsi istiqamətində səylərində iraqlı diplomata fəaliyyətində uğurlar diləyib.

QMİ-nin Mətbuat Xidməti

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-12-19 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə İraqlı diplomatı qəbul edib...

2025-12-19 00:00:00

Şeyxülislam A. Paşazadə G20 Dinlərarası Forum Assosiasiyanın prezident...

2025-12-09 00:00:00

ŞƏKİ İSLAM KOLLECİNDƏ TƏDBİR KEÇİRİLİB...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024