• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI toplantısında iştirak etmişdir

  •  2025-09-12 00:00:00
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bişkek şəhərində keçirililən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI toplantısında iştirak etmək üçün sentyabrın 10-11-da Qırğızıstan Respublikasında səfərdə olub. 
11 sentyabrda dövlət iqamətgahında işə başlayan Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI iclasını Qırğızıstan Ruhani İdarəsinin sədri Müfti Əbdüləziz Zakirov giriş nitqi ilə açıb. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev iclas iştirakçılarını səmimi salamlamış, onun işinə  xeyir-dualar diləmişdir. 
  İclasda ilk məruzə ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış etmişdir. Ali görüşün təşkilatçılarına və iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salamlarını və xoş arzularını çatdırmaqdan şərəf duyduğunu ifadə edən Şeyxülislam A. Paşazadə bildirib ki, “Qırğız Respublikası ilə bizi qırılmaz tellər və müştərək dəyərlər bağlayır. Türk dünyasının şah əsəri, Qırğız xalqının tarixi qəhrəmanlıq eposu – Manas dastanı, İmam Siracuddin əl-Oşi, İmam Saraxsi kimi din alimləri və bəşər tarixi üçün əvəzolunmaz töhfələr verən digər tanınmış şəxsiyyətləri Şərqin, Mərkəzi Asiyanın, türk-islam mədəni-mənəvi irsinin təşəkkülünə rəvac vermişlər”.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqlarının müqəddəs dinimizə və türk kimliyimizə, dini-mənəvi dəyərlərimiz və milli ənənələrimizə hər zaman sadiq olub, bununla fəxr etdiklərini vurğulayan QMİ sədri A. Paşazadə bildirib ki, Türk Dövlətləri Təşkilatı məkanının müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərət və məsləhətləşmələrindən türk-İslam birliyi faydalanır və birgə məqsədlərə doğru böyük inam və güclü imanla addımlamaqdayıq: “Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərlərinin Şurası olaraq biz, müdrik dövlət rəhbərlərimizin bəşəri əhəmiyyətli və dövlətlərimizin mənafelərinə xidmət edən qərar və ideyalarının dünya miqyasında dini liderlərə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün bütün imkanlardan yararlanmağı şərəfli vəzifə kimi qarşımıza qoymuşuq. Müdrik siyasi liderlərimiz Zati-aliləri cənab İlham Əliyev və Zati-aliləri cənab Sadır Japarov arasındakı dostluq və qardaşlıq münasibətləri sayəsində dövlətlərimizin və xalqlarımızın hərtərəfli əməkdaşlıq əlaqələri daha da möhkəmlənir və inkişaf edir. Qırğız Respublikası Prezidentinin Azərbaycana hər bir səfərində ölkəmizə və xalqımıza olan diqqət və ehtiramının şahidi oluruq. Qardaş ölkə liderinin Xankəndi Zirvəsində iştirakı qəlbimizi qürurlandıran hadisələrdəndir. Özəlliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bətpa etdikdən sonra azad Qarabağa səfər edən Sadır Japarov cənablarının təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən inşa edilmiş Aykol Manas adına Xıdırlı orta məktəbinin açılışında Zati-aliləri İlham Əliyevlə birgə iştirakı Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılandı”. 
Şeyxülislam A. Paşazadə fəxrlə qeyd edib ki, Türk dünyasının dövlət başçıları öz örnəkləri ilə xoş günlərdə, çətin anlarda birlikdə olmağın əsl qardaşlıq nümunələrini nümayiş etdirirlər. Təəssüflər olsun ki, bizi həzm edə bilməyən qüvvələr vardır. Belə bir zamanda biz dini liderlər dövlət rəhbərlərimizə xalqlarımız, dövlətlərimiz naminə müdrik siyasətlərində mənəvi dəstək verməliyik. Türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələrin, ideoloji təxribatların, o cümlədən, islamofobiya, türkofobiya, separatçılıq, məzhəbçilik, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının, nifrət çağırışlarının qarşısının alınmasına çalışmaq biz din xadimlərinin vətəndaşlıq borcu, mənəvi məsuliyyətidir”.
Növbəti VII görüşün Azərbaycanda baş tutması məramını ifadə edən Şeyxülislam A.Paşazadə qardaş ölkələrimizin birliyinin, mənəvi həmrəyliyimizin daimi olması, dünyada sülh və əmin-amanlıq üçün xeyir-dualar edib. 
Daha sonra TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI iclasında Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı, Türkiyə Cümhuriyyəti Diyanət işləri Başkanı Ali Erbaş və Özbəkistan müftisi Nuriddin Xoliknazarov çıxış etmişlər. 
TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI iclasında Bişkekdə  Fətva Şurasının iclasında müzakirə edilmiş sənədlər qəbul edilib. “İslamda ümmətin vəhdəti” adlı sənəd, “İqlim dəyişiklikləri ilə mücadilə, Ətraf mühitin qorunması və Ekoloji balansın qorunmasına dair beynəlxalq çağırış” Şura üzvləri tərəfindən imzalanmışdır. TDT Müsəlman Dini İdarə rəhbərləri Qırğızıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova təşəkkür məktubu ünvanlayıblar.  
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçiriləcəyi təsdiq və elan olunub.
Əsası İstanbulda qoyulmuş, Əsasnaməsi və Birgə Bəyanatı 2022-ci ildə Şuşa şəhərində imzalanıb, qəbul olunmuş  TDT MDİRŞ-in İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutan VI iclası öz işini “İmam Siracəddin əl-Oşi və onun islam elmlərinə töhfəsi” mövzusunda beynəlxalq elmi-nəzəri konfransla işini davam etdirmişdir. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Ceyhun Rüstəmov çıxış edib. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Əbdüləziz Zakirov ilə səmimi şəraitdə keçən ikitərəfli  görüşündə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qardaş xalqlarımız arasında dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində gələcək əməkdaşlıq fəaliyyətlərinə, şəri baxımdan önəmli məqamlara dair fətvaların birgə müzakirəsinin təşkili tövsiyə olunub. 
Tədbirlərdə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib. 
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Son xəbərlər

2025-09-16

Qazaxıstanda qardaşlıq görüşü...

2025-09-16

Şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyala...

2025-09-16

Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin i...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024