• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

  • 2026-03-05
  •  
  • 8

Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər

 

Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri, həmçinin ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb, Azərbaycandakı dövlət-din münasibətləri və dini tolerantlıq mühitini qeyd edib. Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərini, maraq və mənafelərini müdafiə edən, İslam həmrəyliyinə mühüm töhfələr verən, islamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən dövlətdir.

Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.

Daha sonra iftar süfrəsi açılıb.

Son xəbərlər

2026-03-05

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Şeyxülislam A. Paş...

2026-03-05

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib...

2026-02-27

QMİ-də XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə g...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024