• Bizi izləyin:
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclası keçirilib

  • 2025-05-22
Mayın 22-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının geniş tərkibdə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbir barədə məlumat verərək, bir neçə mühüm məsələnin müzakirə olunacağını bildirib. O, İrəvanın tarixi və Qərbi Azərbaycanla bağlı fikirlərini bölüşüb.
Qərbi Azərbaycanda qazılığın tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra Allahşükür Paşazadə Azərbaycanda Qurban bayramının keçirilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin fətvasını səsləndirib. Diqqətə çatdırılıb ki, bayram bu il iyunun 6-a təsadüf edəcək.
Ardınca Şeyxülislam QMİ sədrinin yeni müavini vəzifəsinə Ceyhun Rüstəmovun təyin olunmasını təklif edib və təklif yekdilliklə qəbul olunub.
Daha sonra İrəvan qazılığı ilə bağlı ayrıca Əsasnamə təqdim olunaraq səsə qoyulub və qəbul olunub. Sənədi QMİ sədrinin müavini Fuad Nurullayev iclas iştirakçılarına təqdim edib. Bildirilib ki, İrəvan qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Səsvermə nəticəsində Bəxtiyar Nəcəfov İrəvan qazısı seçilib.
İclasda Milli Məclisin deputatları, dini və ictimai xadimlər, alimlər geniş çıxışlar ediblər.
Qərbi Azərbaycan İcmasnın sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu İrəvanın tarixi, dini və mədəni irsi barədə ətraflı məlumat verib. Bildirib ki, bu torpaqlar əsrlər boyu azərbaycanlıların məskunlaşdığı ərazilər olub və oradakı dini irsimiz də milli kimliyimizin ayrılmaz hissəsidir.
İslamın cəmiyyətdə maarifləndirici və birləşdirici rolundan danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa vurğulayıb ki, dini institutlar təkcə ibadət yox, həm də milli düşüncənin, əxlaqın və mənəvi bütövlüyün daşıyıcılarıdır. Deputat qeyd edib ki, İrəvan qazılığı bu mənada həm dini, həm də milli yaddaşın qorunmasına mühüm töhfə verəcək.
Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov çıxışında Qərbi Azərbaycanın tarixindən söz açıb. Bildirib ki, İrəvan şəhəri və ətraf bölgələr tarixən Azərbaycan torpaqları olub və bu ərazilərdəki dini mərkəzlərin fəaliyyəti xalqımızın tarixi varlığını sübut edən mühüm amillərdəndir.
İrəvan qazılığının yalnız dini struktur deyil, həm də maarifləndirmə mərkəzinə çevrilməsinin vacibliyini vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev bu məqsədlə qazılıq nəzdində dini irsə dair araşdırmalar aparacaq qrupun yaradılmasını təklif edib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qazılıq institutunun yaradılmasını yüksək qiymətləndirib, bu fəaliyyətlərin elmi müstəvidə dəstəklənməsinin zəruriliyini qeyd edib.
Digər çıxış edən din xadimləri və ictimaiyyət nümayəndələri də İrəvan qazılığı institutunun təsis olunmasını müsbət qarşılayaraq, bu təşəbbüsün tarixi ədalətin bərpasına, milli-mənəvi irsin dirçəlməsinə xidmət etdiyini vurğulayıblar.
Tədbirin sonunda Allahdan Vətənimizin bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin ruhuna rəhmət dilənib, qazılıq fəaliyyətinin uğurlu və xeyirli olması üçün dualar edilib, xalqımıza birlik, əmin-amanlıq və dini-mənəvi dirçəliş arzulanıb.

Son xəbərlər

2025-05-27

Şeyxülislam: Azərbaycanın multikultural dəyərlər və dini dözümlülük mo...

2025-05-27

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları il...

2025-05-22

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclası keçirilib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024