• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb

  • 2026-03-12
  •  
  • 41

Martın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə XIII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə səfər edən iştirakçılar üçün iftar süfrəsi açıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə forum iştirakçıları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də iştirak ediblər.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyanın müxtəlif ölkələrindən insanların Azərbaycanda bir araya gəlməsi böyük qürurdur. “Azərbaycanda multikulturalizm, dinlər və məzhəblər arasında münasibətlər dünyanın heç bir yerində olmadığı qədər yüksək səviyyədədir. Bu şəraitin və multikulturalizmin bünövrəsini isə Ulu Öndər Heydər Əliyev qoyub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə Allahşükür Paşazadə vurğulayıb.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobia ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinos bu cür platforma yaratdığı üçün Azərbaycana təşəkkür edib: “Mən sizi əmin etmək istəyirəm ki, bütün karyeram boyunca islamofobiya ilə mübarizəni dəstəkləmişəm. Azərbaycanın bu sahədə apardığı siyasət isə olduqca ilhamvericidir”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin insanların bir-birini tanımalarının və bir-birilərinə hörmət etməli olduqlarının vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, Azərbaycanın insan qardaşlığına verdiyi dəyər hər kəs üçün böyük fəxrdir.

Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa isə Azərbaycandakı multikulturalizm nümunəsinin dünyada sülhün bərqərar olmasına töhfə verdiyini diqqətə çatdırıb.

Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.

Daha sonra iftar süfrəsi açılıb.

Son xəbərlər

2026-03-12

Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb...

2026-03-10

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi ...

2026-03-10

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə t...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024