Fevralın 26-da Qafqaz Müsəlmanları İdarəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
QMİ sədrinin müavini Rəşad Əliyarlı dünyanın 20-dən çox ölkəsini təmsil edən gəncləri salamlayaraq Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xeyir-dualarını yetirib. Bildirib ki, tolerantlıq və mədəni müxtəlifliyin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biridir və dini mərkəz olaraq QMİ dinlər və mədəniyyətlərarası dialoqa mühüm töhfə verməyə çalışır.
QMİ sədrinin müavini Qəmərxanım Cavadlı dini mərkəzin keçdiyi tarixi yol barədə qonaqlara məlumat verib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə keçirilən tədbirlər barədə danışıb. Sədr müavini vurğulayıb ki, bugünkü görüş Xocalı soyqırımının 34-cü ildönümünə təsadüf edib. Ermənistanın Xocalıda və Qarabağda dinc sakinlərə qarşı törətdiyi vəhsilik, mədəni-dini abidələrin məhvinə yönəlik vandalizm aktları haqqında geniş məlumat verən Qəmərxanım Cavadlı 44 günlük Vətən savaşından sonra dövlətimizin işğaldan azad edilən ərazilərdə məscidlərin və digər dinlərə aid məbədərin bərpası sahəsində gördüyü işlərdən danışıb.
Görüşdə qonaqları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Sonra XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Təzəpir məscidini ziyarət ediblər. Qonaqlara məscidin tarixi və ölkə rəhbərliyinin qayğısı ilə kompleksin ərazidində həyata keçirilən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


