• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam A. Paşazadə ICESKO-nun Bakı ofisini ziyarət edib

  • 2025-12-10
  •  
  • 136

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 9-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESKO-nun Azərbaycanda regional ofisini ziyarət edib.
ICESKO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malik Şeyxülislamı səmimi salamlayaraq İslam dünyasının tanınmış dini liderinin bu məkana gəlişini olduqca əhəmiyyətli hadisə kimi dəyərləndirib. ICESKO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malik əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olan regional ofisin Azərbaycan və Mərkəzi Asiyanın ICESKO-nun üzvü olan dövlətlərini ehtiva etdiyini vurğulamış, region ölkələrinin stendləri ilə Şeyxülislam A. Paşazadəni tanış etmişdir.
ICESKO-nun Bakı ofisinin rəhbəri dr. Abdulhakeem Alsenan bu tarixi əhəmiyyətli ziyarət üçün Şeyxülislam A. Paşazadəyə təşəkkürünü bildirib. Daha sonra tədbirdə ICESKO-nun yaranma tarixi, Azərbaycanla qurulan ikitərəfli əlaqələr, habelə ofisin fəaliyyətləri barədə videoçarx və slaydlar nümayiş olunub.
    Şeyxülislam A. Paşazadə ICESKO-nun Bakı ofisinin Uca Allaha xoş gedən fəaliyyətlərinə xeyir-dualarını ifadə edib. Bildirib ki, İslam dünyasının mənafeləri naminə elm, təhsil, mədəniyyət əlaqələrinin dərinləşməsinə böyük töhfələr verən ICESKO dini-mənəvi dəyərlərimizin qorunması və inkişafı yönündə olduqca dəyərli işlər görür. Bakı ofisinin bu ilin aprelində açılışından keçən qısa dövr ərzində böyük dəyər kəsb edən işlər görüldüyünü qeyd edən QMİ sədri xüsusi vurğuladı ki, regional ofisin məhz Azərbaycanda, Bakının ən görkəmli və tarixi məkanında açılması ölkəmiz adına şərəfli hadisə, Azərbaycan dövlətinin, onun liderinin – Zati-aliləri Prezident İlham Əliyev cənablarının beynəlxalq əhəmiyyətli səylərinin bəhrəsi, İslam həmrəyliyi ideyalarına ehtiramı və ICESKO-ya ali diqqətinin təzahürüdür. Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsinə görə xüsusi minnətdarlığını ifadə edən Şeyxülislam A. Paşazadə ICESCO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malikin Azərbaycanın ali dövlət ordeni ilə təltif olunmasını xüsusi rəğbətlə vurğulamışdır. Azərbaycanın dini lideri ICESKO-nun xalqımızın haqq işi uğrunda mübarizəsinə hər zaman yüksək səviyyədə dəstək nümayiş etdirməsini, mədəni irsimizin bağlı qayğısını əsirgəməməsini, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizmə məruz qalmış dini-mənəvi irsimizlə bağlı dolgun hesabat hazırlamasını olduqca yüksək dəyərləndirmiş, bu münasibətlə xüsusi təşəkkürlərini bildirib. 
    Görüşdə Qafqaz Müsəlmanları İdarəsi və ICESKO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. 
Görüşün sonunda Şeyxülislam A.Paşazadə ofisin xatirə kitabına ürək sözlərini yazıb.
    Daha sonra Şeyxülislam A. Paşazadə və ICESKO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malik İçərişəhərdə yerləşən Tolerantlıq Evini ziyarət edib, bu unikal məkanın dəyərli eksponatları ilə tanış olublar. 
    Tədbirlərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud iştirak edib.

QMİ-nin Mətbuat Xidməti

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-12-13

Şeyxülislam Allahşükür Paşazadə Xl Qlobal Forumda iştirak edəcək...

2025-12-12

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını zi...

2025-12-11

Qərbi Azərbaycan İcmasında görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024