• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni Patriarxını təbrik etdi

  • 2026-05-12
  •  
  • 4
Zati-Müqəddəsləri
Bütün Gürcüstanın Patriarxı III Şio Həzrətləri
O Bir Olan Yaradanın adı ilə!
Zati-Müqəddəsləri!
 Azərbaycan dindarları adından və şəxsən öz adımdan Sizin Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.
Zati-Müqəddəsləri,
Yarım əsrə yaxındır ki, məni Sizin unudulmaz sələfiniz, gürcü xalqının Böyük Ruhani Lideri, mərhum Katolikos-Patriarxı II İlya ilə səmimi dostluq və qardaşlıq əlaqələri bağlıyırdı. Bu əlaqələrdən ilhamlanaraq, biz həmişə iki qonşu və dost xalqımız və dövlətlərimiz arasında mövcud olan hərtərəfli əlaqələrin, xüsusən də mənəvi və dini sahələrdə yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırdıq.
 Şübhəsizdir ki, mərhum Patriarx Sizə böyük etimad və etibar göstərirdi. Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Sizin Katolikos-Patriarx seçilməyiniz isə bu etimadın və etibarın bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirdi. Buna görə də mən əminəm ki, onun layiqli varisi olaraq Zati Müqəddəsləriniz Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlarımız arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz.
 Xatırlatmaq istərdim ki, dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın KatolikosPatriarxı II İliya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram. Zati-Müqəddəslərinizi əmin etmək istəyirəm ki, bu səfəriniz Azərbaycandakı bütün dindarlar tərəfindən səmimi sevinclə qarşılanacaq və şəxsən mənim üçün böyük şərəf olacaq.
Uca Yaradandan Zati-Müqəddəslərinizə qardaş Gürcü xalqının rifahı naminə müqəddəs Patriarx fəaliyyətinizdə xeyir-dualar diləyirəm.
Xahiş edirəm, ən yüksək hörmətimi qəbul edin.
 
 Sədr                        Şeyxülislam Allahşükür Paşazadə

Son xəbərlər

2026-05-12

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni Patriarxını təbrik et...

2026-05-11

Şeyxülislam Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb...

2026-05-10

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını zi...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024