• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb

  • 2025-11-04
  •  
  • 84

 

Noyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə Zəfər Gününün mahiyyətindən danışaraq şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Bildirib ki, bu gün Azərbaycan xalqı şəhid və qazilərinin qəhərmanlığı, fədakarlığı ilə qürur duyur.

Zəfərdən əvvəl işğal altındakı ərazilərdə dini məkanların təhqir olunduğunu, məscidlərin dağıdıldığını deyən QMİ sədri vurğulayıb ki, buna baxmayaraq, Azərbaycan xalqı torpaqlarının azad ediləcəyinə həmişə əmin olub.

A.Paşazadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müdrik və uzaqgörən siyasət, eləcə də Azərbaycan Ordusunun igidliyi nəticəsində qazanılan Qələbənin xalqımızın tarixi yaddaşında əbədi qalacağını diqqətə çatdırıb. O, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, azad edilmiş ərazilərdə dini abidələrin bərpasını və yenidən qurulmasını dövlətin mənəvi dəyərlərə verdiyi önəmin göstəricisi olduğunu bildirib.

Sonra tədbirdə iştirak edən dini konfessiyaların nümayəndələri çıxış edərək, Azərbaycanda mövcud olan dini tolerantlıq və qarşılıqlı hörmət mühitindən danışıblar. Qeyd olunub ki, müxtəlif dinlərin nümayəndələri Vətən müharibəsi dövründə bir amal – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda birləşiblər. Bu da Azərbaycanın dini müxtəlifliyə və multikultural dəyərlərə sadiqliyinin, eləcə də cəmiyyətimizdə milli birliyin, həmrəyliyin yüksək səviyyədə olmasından xəbər verir.

Sonda şeyxülislam Allahşükür Paşazadə şəhid ailələrinin üzvlərinə və qazilərə xatirə hədiyyələri təqdim edib.

Görüş iştirakçıları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Son xəbərlər

2025-11-04

Qafqaz Müsəlmanları İdarəsində Zəfər Gününə həsr olunmuş tədbir keçiri...

2025-11-04

Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vətən Müharibəsində Zəfər...

2025-11-04

Şeyxülislam Allahşükür Paşazadə şəhid ailələrinin üzvləri və qazilərlə...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024