• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Aziz Mahmud Hidayi Vəqfinin İdarə Heyətinin üzvləri ilə görüşüb

  • 2025-12-11
  •  
  • 103

 

 

         Dekabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Aziz Mahmud Hidayi Vəqfinin İdarə Heyətinin üzvləri Abdullah Serti, Alican Tatlını və Abdurrahman Topbaşı qəbul edib.

         Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri qardaş ölkənin aparıcı qeyri-hökumət təşkilatlarından sayılan Aziz Mahmud Hidayi Vəqfinin uzun illər ərzində Azərbaycanda humanitar və dini maarifçiliyin inkişafı sahəsində fəaliyyətini yüksək qiymətləndirib. QMİ ilə səmərəli əməkdaşlıq edən Gəncliyə Yardım Fondunun prezidenti kimi çalışmış Ahmed Tecimə xidmətlərinə görə təşəkkürünü bildirib.

         İdarə Heyətinin üzvü Abdullah Sert Aziz Mahmud Hidayi Vəqfinin rəhbəri Osman Nuri Topbaşın salamlarını Şeyxülislam Allahşükür Paşazadəyə yetirməkdən şərəf duyduğunu deyib. Gəncliyə Yardım Fondunun fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə QMİ sədrinə minnətdarlıq edib . 

         Bildirilib ki,  fondun dəstəyi əsasında Şəki və Zaqatalada fəaliyyət göstərən islam kolleclərində 300-dən çox Quran hafizi yetişib və onların əksəriyyəti dünyanın müxtəlif ölkələrində keçirilən Quran-Kərim  yarışmalarında qalib olaraq  Azərbaycanı layiqincə təmsil ediblər. O da vurğulanıb ki, “Şəbnəm” Qızlar Mədrəsəsindən 100-ə yaxın Quran hafizi məzun olub.

         Şeyxülislam Allahşükür Paşazadə əziz dostu Osman Nuri Topbaşa salam-dualarını yetirməyi qonaqlardan xahiş edib. Gəncliyə Yardım Fondunun yeni təyin edilən prezidenti Saleh Zeki Meliçə işində uğurlar arzulayıb.

         Söhbət zamanı QMİ ilə Aziz Mahmud Hidayi Vəqfi arasında əlaqələrin gələcək inkişafı barədə fikir mübadiləsi aparılıb. Sonda xatirə fotosu çəkilib.

 

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

 

Son xəbərlər

2025-12-13

Şeyxülislam Allahşükür Paşazadə Xl Qlobal Forumda iştirak edəcək...

2025-12-12

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını zi...

2025-12-11

Qərbi Azərbaycan İcmasında görüş...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024