• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

  • 2026-07-29
  •  
  • 14

 

İyulun 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevi qəbul edib.

Qonağı səmimi salamlayan QMİ sədri azərbaycanlı alimin belə nüfuzlu beynəlxalq quruma rəhbərlik etməsini mühüm hadisə adlandırıb.

Şeyxülislam həzrətləri diqqətə çatdırıb ki, QMİ Türk Dövlətləri Təşkilatının (TDT) Dini Liderlərinin Məşvərət Şurasının təsisçilərindən biridir və 2022-ci ilin oktyabrında Şuşada təsis edilən bu qurumun işində fəal iştirak edir. 

Allahşükür Paşazadə bildirib ki, bu ilin sentyabrında təşkilatın növbəti toplantısının Bakıda keçirilməsi planlaşdırılıb və bu iclas çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq elmi konfrans da nəzərdə tutulub. Şeyxülislam həzrətləri qonağı həmin tədbirlərə dəvət edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafatev tədbirə dəvətə görə minnətdarlığını bildirib, 2010-cu ildə təsis edilən, mənzil qərargahı Qazaxıstanın Astana şəhərində yerləşən BTA, son illər təşkilatın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüş zamanı QMİ ilə BTA arasında gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkilib.

Son xəbərlər

2026-07-29

Şeyxülislam Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb...

2026-07-21

Qafqaz Müsəlmanları idarəsində görüş...

2026-07-18

Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Anqolad...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024