• Follow Us:
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Scientific-Religious Council
    • General List of Religious Figures
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Akhund and Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran

Ekmeleddin İhsanoğlu: “Azərbaycanın müsbət təcrübəsini İslam aləmində yaymaq çox vacibdir”

  •  2025-03-29 00:00:00
  •  2025-03-14
Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə XII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələn İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu ilə görüşüb.
         45 illik dostunu yenidən ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən Şeyxülislam həzrətləri İƏT-ə rəhbərliyi dövründə Azərbaycanın haqlı mövqeyini daima dəstəklədiyinə görə Ekmeleddin İhsanoğluna bir daha təşəkkürlərini çatdırıb.
         QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi Qarabağ zəfərindən sonra işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyük həcmli quruculuq işlərindən danışıb. Şeyxülislam Allahşükür Paşazadə təəssüflə qeyd edib ki, erməni kilsəsinin revanşist bəyanatları regionda davamlı sülhün əldə olunmasına maneə yaradır.
         Ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran QMİ sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün də uğurla davam etdirildiyini deyib, Azərbaycandakı dinlər və məzhəblər arasında harmoniyanın nümunəvi bir model olduğunu söyləyib.
         Səmimi qarşılanmaya və xoş sözlərə görə gənclik dostu Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkürlərini çatdıran Ekmeleddin İhsanoğlu bildirib ki, 30 illik Qarabağ probleminin həllinə nail olan, ölkəsinin ərazi bütövlüyünü təmin 
edən İlham Əliyev qətiyyətli bir lider olduğunu sübuta yetirib və bütün dünyada güclü erməni lobbisinə, onların havadarlarına sarsıdıcı zərbə vurub.
         XII Qlobal Bakı Forumunda mühüm məsələlərin müzakirə olunduğunu deyən qonaq bildirib ki, son illərdə qardaş Azərbaycan dünyanın gələcəyi üçün vacib qərarların qəbul olunduğu məkan çevrilib.
         Ölkəmizdəki dini mühitin və məzhəblər arasında anlaşmanın yüksək səviyyəsindən razılığını ifadə edən İƏT-in sabiq Baş katibi Azərbaycanın müsbət təcrübəsinin İslam aləmində yaymağının vacibliyini diqqətə çatdırıb, Şeyxülislam Allahşükür Paşazadənin çoxillik fəaliyyətinə hər zaman dəyər verdiyini deyib.
         Söhbət zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, görüşün sonunda xatirə fotosu çəkilib.
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Latest News

2025-06-06 00:00:00

Təzəpir məscidində bayram namazı qılınıb...

2025-05-27 00:00:00

Şeyxülislam: Azərbaycanın multikultural dəyərlər və dini dözümlülük mo...

2025-05-27 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları il...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024