• Follow Us:
  • c.muslim.b@hotmail.com
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran
  • c

Zaqatala Rayonu Əliabad Islam Mədrəsəsi

  •  2025-01-29

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən 19 Aprel 2002-ci il tarixdə təsis olunan və rəsmi şəkildə fəaliyyət göstərməsinə icazə verilən Zaqatala Rayonu Əliabad İslam Mədrəsəsi həmin ildən etibarən öz fəaliyyətini uğurla davam etdirir.

Mədrəsənin fəaliyyətində prioritet istiqamət Əliabad kəndində, eləcə də bu kəndə yaxın bölgədə yaşayan vətəndaşlara Qur`ani-Kərimin qiraətini öyrətmək, qəbul olunmuş proqram üzrə müəyyən edilmiş qaydada dini bilik verməklə orta ixtisaslı dini kadrlar hazırlamaqdan ibarətdir.

Zaqatala Rayonu Əliabad İslam Mədrəsəsində təhsil müddəti Nizamnaməyə əsasən, üç ildir. Sözügedən Mədrəsəyə qəbul olmaq üçün keçirilən imtahanda orta ümumtəhsil məktəblərinin 8-9-cu siniflərini bitirmiş şagirdlər iştirak edir. Qəbul imtahanı iki mərhələdə həyata keçirilir. Birinci mərhələ test üsulu və müsabiqədən ibarətdir. Bu mərhələdən müvəffəqiyyətlə keçən tələbə bir aylıq Yay kursunda oxuma fürsəti əldə edir. Yay kursunda uğur qazanan tələbə üç il təhsil alma hüququna sahib olur.

Mədrəsənin tədris proqramı QMİ tərəfindən təsdiq olunur. Proqramı nümunəvi davranış və əla qiymətlə bitirən məzunlara təhsillərini Bakı İslam Universitetində davam etdirmək üçün göndəriş verilir.

Zaqatala Rayonu Əliabad İslam Mədrəsəsinin müdiri Darçın Məmmədovdur.

Latest News

2025-07-24

Şeyxülislam Allahşükür Paşazadə qardaş ölkənin səfirliyini ziyarət etd...

2025-06-24

Ölkəmizdəki dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub...

2025-07-02

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanma...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024