• Follow Us:
  • c.muslim.b@hotmail.com
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran
  • c

Şeyxülislam Allahşükür Paşazadə Papa Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verdi

  • 2025-04-24

Müqəddəs Roma  Kilsəsinin Kamerlenqosu

 Kardinal Kevin Farrell həzrətlərinə

 

Zəmanəmizin ən görkəmli dini liderlərindən olan Zati-Müqəddəsləri Roma Papası Fransiskin vəfatı barədə xəbəri dərin kədər hissi ilə öyrəndik.

Zati-Müqəddəsləri Papa Fransisk Uca Yaradana olan saf məhəbbəti, sarsılmaz inamı və müsbət enerjiylə dolu yorulmaz fəaliyyəti ilə bizlərə həmişə böyük ilham və ruh verirdi. Bir neçə gün bundan öncə onun sağlıq durumunun yaxşılaşması xəbərindən sevinir və Allaha şükürlər edirdik. Papanın Vatikana qayıtması yüz milyonlarla insanın Pontifikin səhhəti ilə bağlı nikbinliyi artırmışdı.

Zati-Müqəddəsləri Papa Fransiskin fədakar səsi daim müharibələrə, şiddətə, nifrətə, laqeydliyə “Yox” deyirdi, bəşəriyyəti sülhə, mərhəmətə, barışa və insan qardaşlığına çağırırdı. Onun dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrə  hər zaman özəl münasibəti, fəqirlərə, xəstə və ahıllara, qaçqınlara və miqrantlara qayğıkeşliyi insanların qəlbində daim yaşayacaqdır.

Papa Fransisk keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin dinc yollarla tənzimlənməsi və tezliklə iki qonşu dövlət arasında sülhün, barışın yaranması üçün hər zaman dualar edirdi.

Zati-Müqəddəslərinin 2016-cı ildə Azərbaycana həvari səfərindən sonra bizim Vatikana səfərlərimiz, sonrakı dövrlərdə Qazaxıstanda, Bəhreyndə bəşəri qardaşlıq mühitində görüşlərimiz, heç şübhəsiz, Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı dini konfessiyalar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, ümumilikdə xristian-müsəlman dialoqu prosesinə dəyərli töhfələr vermişdir.

Kardinal həzrətləri, Azərbaycan müsəlmanları adından bir daha Sizə, bütün dünya katoliklərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.

Hörmətlə,

Şeyxülislam Allahşükür Paşazadə

Latest News

2025-07-24

Sheikhulislam Allahshukur Pashazade visits the embassy of a brotherly ...

2025-07-17

Ambassador: "Azerbaijani pilgrims are always given attention and care"...

2025-07-16

Sheikhulislam Allahshukur Pashazade met with Gurbanguly Berdimuhamedov...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024