• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

"Dünyanın hər yerində silahların susması üçün dua edirəm"

  •  2025-08-28 00:00:00

Türkiyənin İstanbul şəhərində İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsinin imzalanmasının 80-ci ildönümü münasibətilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suverin ev sahibliyi ilə keçirilən mərasimdə İstanbuldakı diplomatik korpusların nümayəndələri, o cümlədən Azərbaycanın bu şəhərdəki baş konsulu Nərminə Mustafayeva, Türkiyənin dövlət rəsmiləri, elm xadimləri və başqaları iştirak ediblər.

Tədbir Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin mərasim iştirakçılarına ünvanladığı videomüraciətlə başlayıb. Müraciətində müharibələrin bəşəriyyətə vurduğu böyük zərərlərdən danışan şeyxülislam Azərbaycanın Qarabağ bölgəsinin uzun illər davam edən işğal dövrünü xatırladıb. Eyni zamanda, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış vəziyyətdən və Vaşinqtonda əldə olunan tarixi uğurdan bəhs edib. O, tezliklə dünyanın bütün bölgələrində qanlı müharibələrin başa çatmasını və silahların susmasını diləyərək, bu kimi tədbirlərin insanların yaddaşının təzələnməsində böyük rol oynadığını vurğulayıb.

Tədbir Türkiyədən olan professorlar İlber Ortaylı, Hasan Ünal, Nilüfer Narlı və digərlərinin mövzu ilə bağlı məruzələri ilə davam edib.

Son xəbərlər

2025-09-16

Qazaxıstanda qardaşlıq görüşü...

2025-09-16

Şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyala...

2025-09-16

Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin i...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024