• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

  • 2026-09-27
  •  
  • 46

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda Zəfər parkını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dini konfessiya rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə bir araya gəliblər.

Çıxış edən şeyxülislam Allahşükür Paşazadə Anım Gününün Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu tarix xalqımızın milli dirçəlişinin, dövlətçilik qüdrətinin və Vətən sevgisinin rəmzinə çevrilib.

Şeyxülislam Vətən müharibəsi günlərində din xadimlərinin əsgərlərin, şəhid ailələrinin və qazilərin yanında olduğunu, müxtəlif dini konfessiyaların nümayəndələrinin şəhidlərin dəfn mərasimlərində birgə iştirak etdiyini vurğulayıb. O, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında həmrəyliyin ölkənin mühüm mənəvi sərvətlərindən biri olduğunu bildirib.

Çıxışda, həmçinin işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpası, məscid və ibadətgahların yenidən qurulması, eləcə də ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlərdən də bəhs olunub.

Sonra şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra dini konfessiyaların rəhbərləri Zəfər parkına gedərək Zəfər abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.

Son xəbərlər

2026-09-27

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblə...

2026-09-24

Azərbaycanın dini konfessiya rəhbərlərinin BƏYANATI...

2026-09-24

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024