• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalandı

  • 2026-10-26
  •  
  • 67

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu Müqəddəs Taxt-Tacından adından Dinlərarası Dikasteriya Mərkəzinin rəhbəri Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzaladılar. Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad bu sənədin dinlərarası dialoqun dərinləşməsi istiqamətində mühüm addım olduğunu vurğuladı. Kardinal Kuvakad Azərbaycana gəlişi zamanı burada sülh və harmoniyanın necə yüksək səviyyədə təşviq edildiyini də xatırlatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xüsusi olaraq qeyd etdi. Kardinal eyni zamanda Müqəddəs Taxt-Tacla Qafqaz Müsəlmanları İdarəsi arasında hələ ötən əsrin 90-ci illərindən yarandığını diqqətə çatdırdı. Dikasteriyanın rəhbəri həmçinin qeyd etdi ki, bu gün dünyada dinlərdən, xüsusilə İslam dinindən manipulyasiya aləti kimi istifadə edirlər və bu yolverilməzdir: “Dikasteriya mərkəzinin rəhbəri olaraq bu məsələdə mən də özümü məsuliyyətli hesab edirəm’’.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dikasteriya Mərkəzinin rəhbərinə çatdırdı. Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq, hazırda Bakıda inşa edilən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsi, onun əhəmiyyətindən bəhs etdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikanın Səfirliyinin) yaradılmasının vacibliyini qeyd etdi. Bütün Qafqazın Şeyxi həmçinin bildirdi ki, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırdı. Görüş zamanı Müqəddəs Taxt-Tacla Qafqaz Müsəlmanları arasında əməkdaşlığın perspektivləri, görləcək işlərdə müzakirə olundu. Şeyxülislam Allahşükür Paşazadə bu ilin mart ayında Qafqaz Müsəlmanlarının təşəbbüsü və təşkilatçılğı ilə Romada bütün dinlərin nümayəndələri üçün keçirilmiş iftar süfrəsinin dinlərarası dialoqun dərinləşməsində mühüm rol oynadığını qeyd etdi. ‘’Bu gün dünyada münaqişə ocaqları var, Yaxın Şərqdə, Ukraynada. Vatikanda Papanın təşəbbüsü ilə keçiriləcək Dinlərarası Konfrans bu baxımdan vacibdir ki, din xadimləri siyasi xadimlərə təsir göstərərək, bu münaqişələri dayandıra bilsinlər.’’ Kardinal Kuvakad digər müsəlman dini mərkəzləri və onların nüfuzlu rəhbərlərinin sözügedən Konfransa məhz Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə dəvət olunmalarının vacibliyini ifadə etdi.

Şeyxülislam A. Paşazadə, eyni zamanda, son vaxtlar Vatikanın informasiya agentliyi olan ‘’Vatikan News”da bəzən erməni mənbələrinə əsaslanan yalan məlumatların da yayıldığını qeyd etdi, bununla bağlı əsaslı dəlillər təqdim etdi. Məsələ ilə bağlı dərhal aidiyyatı qurumlara məlumat verəcəyini qeyd edən Kardinal Kuvakad problemin aradan qaldırılacağını bildirdi. A. Paşazadə Kardinal Kuvakada Azərbaycan alimlərinə Vatikan kitabxanalarında yaradılmış şəraitə görə dərin minnətdarlığını bildirdi.

Daha sonra Anlaşma Memorandumunun imzalanması və xatirə hədiyyələrinin təqdim edilməsi baş tutdu.  

Anlaşma Memorandumu 4 fevral 2019-cu il tarixli «Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi»nə istinadən həyata keçirilən ilk təşəbbüsdür. Memorandum dinlərarası dialoqun təşviq edilməsi istiqamətində Azərbaycanın tolerant mövqeyini bir daha aydın şəkildə ifadə edir.

Memorandumun müddəalarının icrası və dinlərarası dialoqun təşviqə dəstək məqsədilə Dialoq üzrə Daimi Birgə Komitə də təsis ediləcək.

Vatikanla dini mərkəz arasında Anlaşma Memorandumunun imzalanması Vatikanın tarixində ilk hadisədir. Belə ki, Müqəddəs Taxt-Tac bu günə qədər əsasən dövlət təsisatları ilə analoji Memorandumlar imzalayıb.

Xatırladaq ki, Anlaşma Memorandumu ilə bağlı razılaşma bu ilin iyun ayında Kardinal Corc Ceykob Kuvakadın Azərbaycana səfəri zamanı əldə edilib.

Son xəbərlər

2026-10-26

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalandı...

2026-10-17

ABŞ-də səfərdə olan Şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Fo...

2026-10-13

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüv...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024