• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak edib

  • 2025-10-30
  •  
  • 45

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin 60-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Vatikanın VI Pavel zalında baş tutan “Ümid üçün birgə addımlamaq” adlı tədbirdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Xristian Birliyinin Təşviqi üzrə Dikasteriyanın prefekti kardinal Kurt Kox salamlama nitqi ilə çıxış ediblər.

Daha sonra Roma Papası XIV Leo çıxış edərək son illərdə Katolik Kilsəsi ilə digər dinlər, o cümlədən İslam dini arasında dərin və davamlı əlaqələrin qurulduğunu deyib, bu dialoqun təşviqi üçün çalışan hər kəsə təşəkkür edib. 2019-cu ildə Əbu-Dabidə mərhum Papa Fransisk və Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibin imzaladığı İnsan qardaşlığına dair tarixi sənədin əhəmiyyəti qeyd olunub.

Pontifik insanları zorakılığı və ədalətsizliyi pisləməyə, bölünmələrə qarşı çıxmağa və sülhü təbliğ etməyə səsləyib.

Təxminən iki minədək insanın qatıldığı tədbirdə müxtəlif ölkələrin dini liderləri və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Nostra Aetate” Roma Katolik Kilsəsinin qeyri-xristian dinləri ilə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədidir.

Son xəbərlər

2025-10-30

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin il...

2025-10-29

Qafqaz Müsəlmanları İdarəsinin sədri İtaliyada dini liderlərin beynəlx...

2025-10-29

Şeyxülislam Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024