• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam Allahşükür Paşazadənin Səmərqənddə çıxışı

  • 2026-07-09
  •  
  • 46

SƏMƏRQƏND   

     Bismillahir-rəhmanir-rəhim!            

İSESKO-nun Baş Direktoru möhtərəm Salim əl-Malik cənabları!

Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru

hörmətli Firdavs Abdulxalikov cənabları!

Möhtərəm Özbəkistan Müftisi Nuriddin Xoliknazar həzrətləri!

İRSİKA Təşkilatının Baş direktoru Erol Kılıç cənabları!     

         Mübarək Özbəkistan torpağında əziz və doğma qardaşlarla bir araya gəlməyi nəsib edən Allah-Təalaya şükürlər olsun! Bu xoş gündə qardaş Azərbaycan xalqının, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının qardaşı, özbək xalqının lideri Zati-aliləri Prezident Şavkat Mirziyoyev cənablarına və bütün özbək xalqına salamlarını, ən səmimi arzularını yetirməkdən böyük şərəf duyuram.

Uca Allahın Lütfü ilə özbək torpağını mübarək edən nurlu, qüdrətli insanlarıdır ki, əsrlər boyu İslamın maarif çırağını ucaltmış, dünyanın ən müxtəlif guşələrindən elm, ürfan axtaranları bu mübarək məkana cəlb etmişlər. Özbəkistanın dünya hədis elminə bəxş etdiyi ən böyük töhfə İmam Buxari və onun irsidir. Buxari məqbərəsi, heç şübhəsiz, həm dini ziyarət yeri, həm də tarixi və mədəni irsin bir parçası olaraq Özbəkistanın ən önəmli məkanlarından biridir. Bu məkan hər bir özbək üçün nə qədər müqəddəsdirsə, hər bir müsəlman üçün bir o qədər əziz, dəyərlidir.

 Özbəkistan mənim ikinci vətənim olduğundan bir Şeyxülislam, Özbəkistanın elmi-dini mühitindən bəhrələnmiş din xadimi kimi  bu məkanı xüsusi məhəbbətlə ziyarət edirəm. Ateist rejiminin vandalizminə məruz qalmış bu məqbərənin bərpasında  gənc yaşlarımda iştirak etmişəm. Bu məkanın dirçəldilməsi, layiq olduğu ucalığa yetişməsi üçün zamanında mənimlə bərabər ustadlarımın və tələbə yoldaşlarımın etdiyi duaların müstəcab olmasından çox böyük xoşbəxtlik duyuram. Əminəm ki, dünyasını dəyişmiş ustadlarım və tələbə yoldaşlarımın ruhları bu gün şaddır! Bu arzularımızı gerçəkləşdirən, Səmərqəndin adını göylərə ucaldan, Buxari məqbərəsini müqəddəsliyinə layiq şəkildə möhtəşəm kompleksə çevirən, Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi yaradan özbək xalqının lideri Zati-aliləri Prezident Şavkat Mirziyoyev cənablarına öz dərin ehtiramımızı və minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Özbək xalqının xoşbəxtliyidir ki, onun Şavkat Mirziyoyev kimi dəyərlərinə sahib çıxan belə bir müdrik, uca mənəviyyat sahibi lideri vardır. Lütfü-İlahidir ki, böyük iman gücü olan özbək xalqı, həmçinin  Özbəkistana dost, qardaş olan ölkələr də bu tərəqqini görür və yüksək qiymətləndirirlər. Şükürlər olsun, İslamın maarif çırağı etibarlı əllərdədir!

Sevindirici haldır ki, Özbəkistanda dini maarifçilik istiqamətində aparılan işlər gözəl bəhrəsini verir. Bu sahədə Özbəkistanın dini mərkəzinin Özbəkistan Müsəlmanları İdarəsinin, ələlxüsus, əziz qardaşım Müfti Nuriddin Xoliknazar həzrətlərinin dəyərli xidmətləri, təqdirəlayiq fəaliyyəti xüsusi vurğulanmalıdır. Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq möhtərəm dövlət başçılarımızın mədəni-mənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfəmizi verməkdən məmnunluq duyuruq. Bizim növbəti 7-ci görüşümüz bu ilin sentyabrında Bakıda baş tutacaq, inşallah. Bu görüş əsnasında daha bir İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfrans keçirmək niyyətindəyik.

Bütün İslam dünyası üçün tükənməz xəzinə olan İmam Buxari, İmam Tirmizi, İmam Maturidi kimi dəyərli şəxsiyyətləri bütün dünyada tanıtmaq, mütəfəkkirlər diyarı Səmərqəndin şöhrətinə şöhrət qatmaq yönündə, müqəddəs irsə layiq möhtəşəm işlər münasibətilə qardaş özbək xalqını səmimi qəlbdən təbrik edirəm. Özbəkistanın həyata keçirdiyi fundamental işlər beynəlxalq müstəvidə təqdir edilir, İslam mütəffəkkirlərinin irsi BMT tribunasından təşviq olunur. Özəlliklə, İSESKO-nun səyləri ilə Özbəkistan və onun İslam dünyasına bəxş etdiyi misilsiz töhfələr böyük ehtiramla bəşəriyyətə ümumbəşəri sərvət kimi təqdim olunmaqdadır. Bu işlərə öz dəyərli töhfəsini verən İslam Sivilizasiyası Mərkəzinə və İRSİCA təşkilatına özəl təşəkkürlərimizi ifadə edirik. Özbəkistanda III İntibah ideyalarının reallaşmasında əməyi keçən hər bir şəxsə - dövlət rəsmilərinə, akademik cameəyə, din xadimlərinə minnətdarlıq hissi ilə xeyir-dualar diləyirəm. Bizə qardaş, müttəfiq dövlət olan Özbəkistanın lideri - möhtərəm Şavkat Mirziyoyev həzrətlərinin Uca Allaha xoş gedən əməllərinə rəvac diləyirəm. Allah-Təala Azərbaycan və özbək xalqlarını hifz etsin, müdrik dövlət rəhbərlərimizi hər zaman müzəffər etsin, inşallah! Amin!

 

Son xəbərlər

2026-07-09

Şeyxülislamın kitabı beynəlxalq təqdimatda...

2026-07-09

Şeyxülislam Allahşükür Paşazadənin Səmərqənddə çıxışı...

2026-07-08

Şeyxülislam Allahşükür Paşazadə “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” a...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024