• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislam həzrətlərinin Beynəlxalq İslam Sivilizasiyası Forumundakı çıxışının tam mətni

  • 2026-07-07
  •  
  • 29

“İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu” adlı

Birinci Beynəlxalq İslam Forumu (7-11 iyul 2026-cı il)

 

Uca Allahın Adı ilə!

İSESKO-nun Baş Direktoru möhtərəm Salim əl-Malik cənabları!

Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru

hörmətli Firdavs Abdulxalikov cənabları!

Möhtərəm Özbəkistan Müftisi Nuriddin Xoliknazar həzrətləri!

İRSİKA Təşkilatının Baş direktoru Erol Kılıç cənabları!

Birinci Beynəlxalq İslam Forumunun hörmətli iştirakçıları!

Sizləri – İslam dünyasının mötəbər şəxsiyyətlərini, tanınmış din, elm və ictimaiyyət xadimlərini bu gün qədim özbək torpağında, müqəddəs dinimizin adına layiq möhtəşəm məkan və tədbirdə salamlamaqdan böyük məmnunluq duyur, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının Forum iştirakçılarına ən xoş arzularını və xeyir-dualarını ifadə edirəm. Uca Allah ali məramlara xidmət edən mübarək tədbirimizin işinə rəvac versin!

(Sizlarni — Islom olamining mo‘tabar shaxslarini, taniqli din arboblari, olimlar va jamoatchilik vakillarini bugun qadimiy o‘zbek zaminida, muqaddas dinimiz nomiga munosib ulug‘vor maskan va anjumanda qutlashdan katta mamnunman Shu fursatdan foydalanib, Ozarbayjon Respublikasi Prezidenti Ilhom Aliyev Janobi Oliylarining Forum ishtirokchilariga yo‘llagan ezgu tilaklari va xayru duolarini Sizlarga yetkazmoqchiman. Alloh taolo oliy maqsadlarga xizmat qilayotgan ushbu muborak anjumanimiz faoliyatiga baraka ato etsin!) 

  Bu gün İslam dünyası üçün mühüm tarixi gündür. XXI əsrin yeni beynəlxalq humanitar platforması - Beynəlxalq İslam Forumunun ilk toplantısında iştirak etmək səadətini Uca Allah bizlərə nəsib etmişdir. I İslam Forumu ümmətimiz və bütün bəşəriyyət üçün xeyirli-uğurlu olsun, inşallah!

Sülh mədəniyyətinin, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq və beynəlxalq humanitar əməkdaşlığın möhkəmləndirilməsi kimi Uca Yaradanımıza xoş gedən ideyaların reallaşması məramına xidmət edən bu mötəbər tədbirin ərsəyə gəlməsi münasibətilə İSESKO-nun Baş Direktoru möhtərəm qardaşım Salim əl-Malik cənablarını və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru hörmətli Firdavs Abdulxalikov cənablarını ürəkdən təbrik edir və dərin minətdarlığımı bildirirəm.

Özbəkistan Uca Allahın Öz Lütfü ilə şərafətləndirdiyi ulu məkanlardan biridir. Əsrlər boyu İslam irfanının çırağı olmuş, ən mürəkkəb dönəmlərdə onun nurunu sönməyə qoymayan Özbəkistan torpağının şöhrət və şərəfi dillərə dastan olmuşdur. Bu gün öz tarixinin parlaq, III İntibah dövrünü yaşayan müasir Özbəkistanda Zati-aliləri Şavkat Mirziyoyev cənablarının rəhbərliyi ilə İslam dininin akademik səviyyədə tədqiqi, hümanist, bəşəri mahiyyətinin təbliği yönündə olduqca böyük işlər görülür. Müqəddəs dinimizin elmi əsaslar üzərində tədqiqi və təşviqi istiqamətində misilsiz işlər görən, İslam sivilizasiyasının İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Nəqşibəndi və digər dəyərli şəxsiyyətləri bütün dünyada tanıtmaq yönündə fövqəladə səylər göstərən Özbəkistan liderinin əməllərinə Uca Allah rəvac versin!

Bu gün toplaşdığımız İslam Sivilizasiyası Mərkəzi dünya miqyaslı elm, din məbədi, İslam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi töhfələrin ən yüksək, müasir texnoloji səviyyədə sərgiləndiyi müzey mərkəzi, süni intellektin imkanlarından istifadəyə örnək olan və rekordlar kitabına salınmış məkandır. İslam Sivilizasiya Mərkəzinin ideya müəllifi və yaradıcısı dərin siyasi təfəkkür sahibi və müqəddəs dinimizin bəşəri əhəmiyyətli mötədil dəyərlərinə dərin ehtiramı ilə seçilən görkəmli şəxsiyyət, müdrik dövlət lideri – Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənablarıdır. Necə ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizin əsasında duran İslam dininin ümumbəşəri əhəmiyyətinə, sülhsevər mahiyyətinə önəm verən, ümumbəşəri insan həmrəyliyi ideyaları yönündə əməli səylər göstərən dövlət başçımız - Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları İslamın və ümmətin mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslamofobiya təzahürlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirən müdrik siyasi liderdir. Dövlət başçılarımızın möhtəşəm siyasi iradə və mənəvi əzmi ilə qardaş ölkələrimizin – Özbəkistan və Azərbaycanın yeni xarüqələr yaradacağına, xalqlarımızın daha parlaq gələcəyinə əminəm.

Hörmətli Forum iştirakçıları! Özbəkistanda ali dini təhsili aldığım Mir-Ərəb mədrəsəsində, Daşkənd İslam İnstitutunda ustadlarımı və tələbəlik yoldaşlarımı hər zaman səmimi rəhmətlə yad edirəm. Bu torpağı gənclik illərindən tanıyan bir şəxs kimi özbək xalqının yaradıcı, qurucu ruhuna yaxından bələdəm. Əsrlər boyu İslamın maarif çırağını ucaltmış, dünyanın ən müxtəlif guşələrindən elm, ürfan axtaranları bu məkana cəlb etmiş Özbəkistanın dünya hədis elminə bəxş etdiyi ən böyük töhfə İmam Buxari və onun irsidir. Buxarinin məqbərəsini nəfis şəkildə, onun ucalığına və müqəddəsliyinə layiq şəkildə möhtəşəm kompleksə çevirən, burada İmam Buxari adına layiq İslam elmi araşdırmalar mərkəzi yaradan Zati-aliləri Şavkat Mirziyoyev cənablarına öz dərin ehtiramımızı və minnətdarlığımızı  bildirməkdən şərəf duyuruq. Məhz onun sayəsində Özbəkistanın həyata keçirdiyi fundamental işlər beynəlxalq müstəvidə təqdir edilir, İslam mütəffəkkirlərinin irsi BMT tribunasından təşviq olunur. Özəlliklə, İSESKO-nun səyləri ilə Özbəkistan və onun İslam dünyasına bəxş etdiyi misilsiz töhfələr böyük ehtiramla bəşəriyyətə ümumbəşəri sərvət kimi təqdim olunmaqdadır.

Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq möhtərəm dövlət başçılarımızın mədəni-mənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfəmizi verməkdən məmnunluq duyuruq. Bizim növbəti 7-ci görüşümüz bu ilin sentyabrında Bakıda baş tutacaq, inşallah. Bu görüş əsnasında daha bir İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfrans keçirmək niyyətindəyik.

Hörmətli Forum iştirakçıları! Allah-Təala müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur ki:

 

 «(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et» (Nəhl, 125). Sevindirici haldır ki, Özbəkistanda dini maarifçilik istiqamətində aparılan işlər gözəl bəhrəsini verir. Bu sahədə Özbəkistanın dini mərkəzinin dəyərli xidmətləri, təqdirəlayiq fəaliyyəti xüsusi vurğulanmalıdır. Ələlxüsus, əziz qardaşım Müfti Nuriddin Xoliknazar həzrətlərinin rəhbərliyi dövründə Özbəkistan Müsəlmanları İdarəsinin əlaqələri daha da genişlənmiş, şaxələnmişdir. Bu gün burada, Özbəkistan İslam Sivilizasiyası Mərkəzində baş tutan tarixi əhəmiyyətli Birinci Beynəlxalq İslam Forumunda iştirak edən bütün qardaşlarıma üzümü tutaraq çağırış edirəm ki, bəşər nəslinin davamı, Yer üzünün xilası naminə səylərimizi birləşdirək, sülh, humanizm dini olan İslamın hidayət yolundan ayrılmayaq! Allah yardımçımız olsun! AMİN!

 

Son xəbərlər

2026-07-07

Şeyxülislam həzrətlərinin Beynəlxalq İslam Sivilizasiyası Forumundakı ...

2026-07-07

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Beynəlxalq İslam Sivilizasi...

2026-07-07

QMİ sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunda çıxış edib...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024