• Bizi izləyin:
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Elmi-Dini Şura
    • Din xadimlərinin ümumi siyahısı
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • Axund və İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim

Təzəpir məscidində bayram namazı qılınıb

  • 2025-06-06

                     

 

         Müsəlman dünyası mübarək Qurban bayramını qeyd edir. İyunun 6-da Azərbaycanın hər yerində, o cümlədən işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə başlayan məscidlərdə bu münasibətlə bayram namazları qılınıb.

         Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınan bayram namazında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna dualar oxunub. Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.

         Dindarlar qarşısında çıxış edən Şeyxülislam həzrətləri xalqımızı mübarək Qurban bayramı münasibəti ilə təbrik edib, əmin-amanlıq, rifah və bolluq arzulayıb. QMİ sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, Ordumuzun rəşadəti sayəsində ölkəmizin dünya dövlətləri arasında nüfuzu artır. Bu gün Azərbaycan bir çox sahələrdə, o cümlədən din-dövlət münasibətlərində dünyaya nümunədir. Müxtəlif dinlərə və mədəniyyətlərə sahib insanların  qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycanda məzhəblər arasında da münasibətlər yüksək səviyyədədir.

         Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə məscid və ibadətgahlarımız təmir-bərpa olunur, işğaldan azad edilən ərazilərimizdə yenidən inşa olunan məscidlərimizdən azan səsləri ucalır, bayram namazları qılınır. Bütün bu işlər ölkə dindarları tərəfindən rəğbətlə qarşılanır, onların Azərbaycan dövlətinə inamını daha da artırır.

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Son xəbərlər

2025-06-06

Təzəpir məscidində bayram namazı qılınıb...

2025-05-27

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları il...

2025-05-27

Şeyxülislam: Azərbaycanın multikultural dəyərlər və dini dözümlülük mo...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024