• Follow Us:
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com
  • About Us
    • Administration
    • Structure
    • Charter
    • Legislation
    • Council of Ghazis
    • Scientific-Religious Council
    • General List of Religious Figures
    • Ethics Commission
    • Authorized Representatives
    • History
    • Educational institutions
    • Akhund and Imams
  • Action
    • The fatwas
    • Events
    • Meetings
    • Statements and Appeals
    • Official Letters
  • News and Media
    • News
    • Press Releases
    • Video Gallery
    • Photo Gallery
  • Library
    • Books
    • Articles
    • Library
  • Contact
  • az
The Holy Koran

Dini konfessiyaların rəhbərləri katolik kisəsini ziyarət etdi

  •  2025-04-23 00:00:00
  •  2025-04-23

                    Dini konfessiyaların rəhbərləri katolik kisəsini ziyarət etdi

 

         Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Bakıdakı “Müqəddəs Məryəm Ana” kilsəsini ziyarət edərək Roma Papası Fransiskin vəfatı ilə bağlı katolik icmasının üzvlərinə başsağlığı veriblər.

         Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete ilə görüşən dini konfessiyaların rəhbərləri Müqəddəs Taxt-Tacın başçısı, dövrümüzün görkəmli din xadimi Zati-müqəddəsləri Roma Papası Fransiskin vəfatını bütün dünya ictimaiyyəti üçün böyük itki hesab etdiklərini bildiriblər.

         Ziyarət zamanı Müqəddəs Taxt-Tacın başçısının ruhuna dualar oxunub. Kilsədə açılan başsağlığı kitabına fikirlərini yazan Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Papa Fransiskin dünyada sülhə, əmin-amanlığa və dinlər arasında anlaşmaya yönəlik fəaliyyətinə böyük qiymət veriblər. Başsağlığını Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Alban-Udi Xristian icmasının sədri Robert Mobili imzalayıblar.

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri adından çıxış edən Şeyxülislam Allahşükür Paşazadə mərhum Roma Papasının 2016-ci ildə ölkəmizə səfərini, “Heydər” məscidində dindarlar qarşısında çıxışını xatırladıb, ona Qurani Kərim bağışladığını yada salıb. QMİ sədri bildirib ki, Müqəddəs Taxt-Taca rəhbərliyi dövründə Papa Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə dəfələrlə görüşüb, ölkəmizdəki dini harmoniyanı yüksək dəyərləndirib. Heydər Əliyev Fondunun  Vatikan Dövlətində  həyata keçirdiyi layihələrə xüsusi həssaslıqla yanaşıb, bu humanitar əməkdaşlığın inkişafına töhfələr verib.

2022-ci ildə Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər etdiyini deyən Şeyxülislam həzrətləri daha sonra Bəhreyində və Qazaxıstanda  görüşlər keçirdiyini qeyd edib.  

         Şeyxülislam həzrətləri dünya katoliklərinin yeni seçiləcək liderinin mərhum Fransiskin Azərbaycanla bağlı xoş münasibətlərini davam etdirəcəyinə ümidvar olduğunu deyib.

 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

 

 

 

 

 

 

 

 

Latest News

2025-06-06 00:00:00

Təzəpir məscidində bayram namazı qılınıb...

2025-05-27 00:00:00

Şeyxülislam: Azərbaycanın multikultural dəyərlər və dini dözümlülük mo...

2025-05-27 00:00:00

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları il...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Contacts

  • Bakı, Mirzə Fətəli küç. 7
  • +99412 492 39 21
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024