• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Dinlərarası dialoq: “Ramazan Süfrəsi” qlobal sülh naminə yenidən keçiriləcək

  • 2026-02-20
  •  
  • 39

Dinlərarası dialoq: “Ramazan Süfrəsi” qlobal sülh naminə yenidən keçiriləcək

9 mart tarixində Romada dünya nizamının taleyüklü bir dönəmində xristianlar, müsəlmanlar və yəhudilər bir araya gəlib II görüş keçirəcəklər. Tədbirdə Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı gözlənilir.
 

Vatican News tərəfindən

“Sülh abstraksiya deyil, o, dinləmək bacarığının gündəlik məşqidir və ən səmimi, hətta inqilabi ifadəsini birgə süfrə ətrafında tapır:  xristianları, müsəlmanları və yəhudiləri bir araya gətirən ikinci “Ramazan Süfrəsi – İftar” təşəbbüsünün vermək istədiyi mesaj məhz budur. Tədbir 9 mart 2026-cı il, bazar ertəsi günü saat 19:30-da Romadakı St. Regis Hoteldə keçiriləcək. Məqsəd dərin geosiyasi yaralar, humanitar böhranlar və müharibə tufanları ilə səciyyələnən bir dövrdə dialoqu davam etdirmək və onu daha da möhkəmləndirməkdir. Təşkilatçıların bu gün, 19 fevral cümə axşamı yaydıqları bəyanatda bildirilir ki,  “təşəbbüs, fövqəladə simvolik üst-üstə düşmə anına təsadüf edir: 2026-cı ilin mart ayında üç böyük monoteist dinin müqəddəs tarixləri bir-birinə qovuşur – islamın Ramazan ayı, xristianlığın Müjdə bayramı və yəhudilərin Purim bayramı.”

Barışıq mesajı

Tədbir, Azərbaycan Respublikasının və Mərakeş Krallığının Müqəddəs Taxt-Tacdakı səfirliklərinin təşəbbüsü və “Beynəlxalq Media Kommunikasiya Klubu” (MICC) təşkilatçılığı ilə, vətəndaşlarla dövlət və ictimai qurumlar arasında birbaşa körpülər qurmağı hədəfləyir. “Tarixən mədəniyyətlərarası dialoqa sadiq olan Azərbaycan və Mərakeş bu görüşün təşəbbüskarları kimi çıxış edir və barışıq mesajını Aralıq dənizi hövzəsindən başlayaraq bütün beynəlxalq məkana çatdırmağı qarşıya məqsəd qoyurlar”, – deyə bəyanatda bildirilir. Qeyd olunur ki, “bu, sadəcə bir xatirə mərasimi deyil, müxtəlif icmalar arasında birgəyaşayışının düzgün idarə olunmasına olan ehtiyaca yönəlmiş siyasi və sosial təşəbbüsdür”.

Fəal diplomatiya laboratoriyası

Tədbirdə dünya dini və mədəni mühitinin aparıcı simalarının iştirakı nəzərdə tutulur: Vatikanın Dövlət katibi, kardinal Pietro Parolin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə. Onların iştirakı, həmçinin İtaliyada və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin qatılması ilə birlikdə, iftar süfrəsini “fəal diplomatiya” laboratoriyasına çevirəcək. “Süfrə” təşəbbüsü qədim bir dəyəri – qidanın ilahi nemət və vasitəçilik aləti kimi məna daşımasını – yenidən bərpa etməyi qarşısına məqsəd qoyur. İslam inancının sütunlarından biri olan Ramazan orucu burada ümumi düşüncə üçün bir paradiqmaya çevrilir: mömini öz zəiflikləri ilə üz-üzə qoyan və onu barışığa dəvət edən intizam məşqi kimi. Bəyanatda həmçinin deyilir: “Birgə süfrə ətrafında toplaşmaq, artıq iyerarxik formallıq olmaqdan çıxaraq həqiqi ünsiyyət və səmimi birgəyaşayışa çevrilir; qlobal vətəndaşlıq üçün müsbət təsirlər yaratmağa yönəlmiş fədakar bir addım olur”.

İtaliya Aralıq dənizinin körpüsü kimi

“Süfrə” təşəbbüsünün məqsədlərindən biri də “İtaliyanın Aralıq dənizinin sahilləri arasında körpü rolunu oynayan geostrateji missiyasını” yenidən təsdiqləməkdir. Təşkilatçıların bəyan etdiyi kimi, MICC-in baş katibi Nizar Ramadanın sözlərinə əsasən, əsas hədəf “milli qanunvericiliklərə hörmət çərçivəsində müxtəlif icmaların real inteqrasiyasını təşviq etmək və onların tam hüquqlarını təmin etməkdir”. Bundan əlavə, təşəbbüs “intellektual hədiyyələrin”: kitabların, incəsənət əsərlərinin, humanitar layihələrin mübadiləsini təşviq etməyi nəzərdə tutur. Bu mübadilə möhkəm sülhün və davamlı birliyin əsasını təşkil edən dəyərlər kimi təqdim olunur.

Son xəbərlər

2026-02-20

Yeni əməkdaşlıq...

2026-02-20

Dinlərarası dialoq: “Ramazan Süfrəsi” qlobal sülh naminə yenidən keçir...

2026-02-17

Şeyxülislam Allahşükür Paşazadənin Qazılar şurasının iclasında çıxışı...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024