• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Şeyxülislamın Gürcüstan dini liderinin vəfatı ilə əlaqədar başsağlığı məktubu

  • 2026-03-18
  •  
  • 46

Gürcüstan Pravoslav Kilsəsinin
Senak və Çxorutski Mitropoliti ŞİO həzrətlərinə

Zati-möhtərəmləri!
Əziz dostum, qardaşım, Qafqazın müdrik ağsaqqalı - Zati-müqəddəsləri Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin vəfatı xəbərini hədsiz kədər hissi ilə qarşıladıq.
Qafqaz Müsəlmanları İdarəsi, Qafqaz Xalqları Ali Dini Şurası, bütün Qafqaz dindarları adından Gürcüstan xalqına, Gürcü Pravoslav Kilsəsinə dərin hüznlə başsaqlıqlarımızı ifadə edirik.
Azərbaycan və Gürcüstan xalqları arasında ənənəvi dostluq münasibətlərinin, dini-mənəvi əlaqələrinin dərinləşməsi, bölgədə sülh və anlaşma mühiti üçün böyük əməli səylər göstərmiş II İliya həzrətləri bütün Qafqaz dindarları üçün olduqca dəyərli din xadimi, sülhpərvər fəaliyyəti ilə nümunə olan dini lider idi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların qəlbində və yaddaşında Katolikos-Patriarx II İliya həzrətləri Uca Yaradanın buyurduğu müqəddəs amalların yorulmaz carçısı kimi qalacaqdır.
Qafqazda sülh, dinlərarası dialoq və əməkdaşlıq naminə davamlı fəaliyyəti ilə hər zaman insanların ehtiram və məhəbbətini qazanmış II İliya həzrətlərinin nurlu xatirəsi hər zaman qəlblərimizdə yaşayacaqdır. Uzun ömrü və yarıməsrlik ruhani fəaliyyəti ilə milyonlar üçün Uca Yaradana və xalqına layiqli xidmət örnəyi olan, Azərbaycan xalqının böyük dostu II İliya həzrətlərinin itkisinin kədərini Sizinlə, bütün dost və qardaş Gürcüstan xalqı ilə bölüşür, dərin hüznlə başsağlığı verirəm.
II İliya həzrətlərinin ruhu şad, məkanı cənnət olsun!

Dərin hüznlə,

Şeyxülislam
Allahşükür PAŞAZADƏ

Son xəbərlər

2026-03-18

Şeyxülislamın Gürcüstan dini liderinin vəfatı ilə əlaqədar başsağlığı ...

2026-03-16

Dini ideologiya və milli maraqlar –QMİ-nin tolerantlıq modelində rolu...

2026-03-12

Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024